Bakıda mənzildən qadın meyiti tapılıbbackend
Nəsimi rayonunda mənzildə 69 yaşlı qadının meyiti tapılıb.

“Yeni Gündəm” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Suslova İrina Anatolyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Yenigündəm.az