Bakıda məşhur mağaza qarət edildibackend

Bakıda tanınmış marketdən oğurluq edilib.

“Yeni Gündəm”-in əldə etdiyi məlumata görə, hadisə mayın 6-sı gecə saatlarında paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən “Al Market”də qeydə alınıb.

Belə ki, naməlum şəxs və şəxslər gizli yolla marketə daxil olaraq oradan 1000 manatdan çox oğurluq edib.

Daha sonra mağaza rəhbərliyi Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.