Bakıda motosiklet avtomobilə çırpılıb, sürücü ölübbackend

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündəm”-in məlumatına görə, yüksək sürətlə hərəkət edən motosiklet idarəetmədən çıxaraq, minik avtomobilinə çırpılıb.

Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək olmayıb.

Fakta bağlı araşdırma aparılır.