Bakıda nənəsinin bank hesabından oğurluq edən yeniyetmə saxlanıldıbackend

Binəqədi rayonunda yeniyetmənin nənəsinin bank hesabından oğurluq etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbə sakini olan bir qadının bank hesabından 1110 manatının oğurlanması barədə müraciət daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadının 14 yaşlı nəvəsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.