Bakıda obyekt yandıbackend

Bakı şəhərinin Suraxanı rayonunda yerləşən obyektdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 800 m² olan birmərtəbəli, mansard tipli obyektin lambirindən ibarət tavanı 225 m² sahədə və taxta konstruksiyadan ibarət vitrini 5 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.