Bakıda ölən əcnəbi qızların FOTOLARIbackend
“Yeni Gündem” azvision.az-a istinadən xəbər verir ki, onlar Jayakodi Arachchige, Tharuki Amaya və Malsha Sandeepanidir. Qızlar Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında dinləyici olublar.
Qeyd edək ki, gecə saatlarında Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənərək ölüb. Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.