Bakıda orta aylıq əməkhaqqı 948 manat olubbackend

Bu ilin yanvar-iyul aylarında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən “Yeni Gündəm”-ə verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,1% azalaraq 948 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında paytaxtda orta aylıq əməkhaqqı üzrə göstərici 942,3 manata bərabər olub.