Bakıda piyada keçidində baş vermiş ağır qəzanın görüntüləri yayılıb – VİDEObackend

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt ərazisində piyada keçidində baş vermiş ağır qəzanın görüntülərini yayıb.

NİİM-dən verilən məlumata görə, qaydaya əməl edib, piyada keçidindən istifadə edən piyadanı baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurub.

Məlumata görə, hadisə bu ayın 2-də Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücü və piyadaları yollarda diqqətli olmağa çağırır”, – NİİM-dən bildirilib.