Bakıda piyada səkisi zəbt edildi – VİDEObackend

Paytaxtın daha bir küçəsində piyadaların hərəkətinə maneə yaradılıb. Nəsimi rayonu, Səməd Vurğun küçəsində piyada səkisində avtomobillər üçün pandus qoyulub. Sakinlər səkinin ortasında qoyulan bu pandusun onların hərəkətinə mane olduğunu deyirlər.

Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səki zəbt olunub. Səkinin düz ortasına avtomobillər üçün pandus quraşdırılıb.

Bura paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsidir… Səkinin düz ortasında salınan bu pandus ordan keçən piyadaların nəinki yolunu kəsir, həm də onların həyatını təhlükəyə atır…

Piyadaların həyatını bu qədər təhlükəyə atan obyektdən isə bizim suallarımıza cavab verən tapılmadı.

Bakı Nəqliyyat Agentliyindən Xəzər Xəbər-ə bildirildi ki, sözügedən ərazidəki problem nəzarətə götürülüb…

Agentlikdən o da bildirildi ki, paytaxtdakı bu kimi problemlərin qısa vaxtda həlli ilə bağlı rayon icra hakimiyyətlərinə üç il əvvəl dəfələrlə müraciət olunub. Ancaq indiyə qədər bu məsələlərin həlli nədənsə ləngiyir.