Bakıda qadın atasının tapançasını polisə təhvil verdibackend

Bakıda qadın atasının silahını polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini F.Mehdiyeva mərhum atasından qalmış “Makarov” markalı tapançanı və 8 ədəd patronu könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verib.