Bakıda qadın avtobusdan yıxıldı, ağır xəsarət aldıbackend
Bakıda xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rayon ərazisində 1973-cü il təvəllüdlü Əhmədova Reyhan Əliş qızı 133 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi – Gənclik m/s ) üzrə hərəkət edən sərnişin avtobusundan yerə yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
\Report