Bakıda qadın dələduzluğa məruz qalıb, 27 min manatdan çox vəsaiti ələ keçirilibbackend

Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10 000 manat, 10 000 dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub.

Bu barədə “Yeni Gundem”-ə DİN-dən bildirib.

Qeyd olunub ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb.
Araşdırma aparılır.