Bakıda qadın intihar etdibackend

Bakıda 64 yaşlı qadın intihar edib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb.

Ruhi xəstəlikdən əziyyət çəkən S.Məmmədova özünü yaşadığı evin 6-cı mərtəbəsindən yerə ataraq intihar edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.