Bakıda qadının əli elektrik dəzgahına düşdübackend

Bakıda ağır xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Rayon ərazisində fəaliyyət göstərən çörək bişirən sexlərin birində işləyən 1971-ci il təvəllüdlü Mustafayeva Şəfiqə Səməd qızının sol əli elektrik dəzgahına ilişib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin geniş həcmli kəsilmiş sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Report