Bakıda qəbristanlıqdan sinə daşını oğurlayana şəxs saxlanıldıbackend

Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdakı məzarların birindən sinə daşı oğurlanıb.

Daxili İşlər Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, Suraxanı Rayon Polis Şöbəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdakı məzarların birindən sinə daşını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılıb.