Bakıda qeyri-adi “bərpa” üsulu: Çuxuru yeşiklə doldurdular – VİDEObackend

Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yolun ortasında yaranan çuxur nəqliyyatın hərəkətinə mane olur.

Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, yaşayış olan binaların qarşısında yolun ortasında yaranan problem aradan qaldırılmır:

“Yaxınlıqda, cəmi 300 metr aralıda bələdiyyənin binası yerləşir. Problemi həll etmək isə heç kimin ağlına gəlmir. Çuxurun içərisinə yeşik, müxtəlif tullantılar atılıb. Axşam saatlarında piyadaların hərəkətinə təhlükə yaradır. Nəqliyyat vasitələrinə isə ciddi ziyan dəyir”.