Bakıda qəza: “Prius” qadını vurdu – ANBAAN VİDEObackend

Bakı şəhərində “Toyota Prius” markalı avtomobil qadını vurub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində baş verib. Yolayrıcını keçmək istəyən zaman “Toyota Prius”un sürücüsü yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən qadını vurub.

Qəza zamanı qadın xəsarət alıb.

Həmin görüntüləri təqdim edirik: