Bakıda restoran yandıbackend

Bakıda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 150 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) bir otağında 1 ədəd kondisioner, 1 ədəd televizor qismən və elektrik otağında 2 ədəd sayğac, 1 ədəd tənzimləyici və 2 ədəd qoruyucu açar yanıb. Obyektin qalan hissəsi və bina yanğından müafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.