Bakıda şadlıq sarayının qarşısında dava: Üç qardaş bıçaqlandıbackend
Bakıda şadlıq evinin qarşısında üç qardaş bıçaqlanıb.
“Yeni Gündəm”-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Tərlan” şadlıq sarayının qarşısında baş verib.
Hadisə nəticəsində şəhər sakinləri – 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mahmudov saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.