Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxılması ilə bağlı – Rəsmi açıqlamabackend

Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müxtəlif müzakirələrə səbəb olub.

“Yeni Gündəm” xəbər verir ki, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirdi ki, məsələdən xəbərdardırlar:
“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.
Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.
Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.Yeniavaz.com