Bakıda sərnişin avtobusda öldübackend

Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə jurnalist Günəş Mərd məlumat verib.

O bildirib ki, hadisə Sabunçu rayonu Şəhər şosesində – “Bakubus” MMC-yə məxsus M8 xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Təxminən 45-50 yaşlarında olan kişinin halı qəfil pisləşib və o, az sonra vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.