Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, ölən varbackend

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rahim Həbibovun idarə etdiyi “Lada Granta” markalı avtomobil və A.Əliyevin 186 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobus toqquşub.

Qəza nəticəsində R.Həbibov aldığı xəsarətlərdən hadisə yerində ölüb.