Bakıda şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıldıbackend

Yasamal Rayon Prokurorluğu şirkət əməkdaşı olan ustanın ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

“Yeni Gündəm”-ə daxil olan açıqlamada deyilir:

“Avqustun 25-i saat 17 radələrində Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev qeyd edilən ünvanda elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yasamal Rayon Orokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir”.