Bakıda şirkətə basqın: Şüşələri qırıb…backend

Bakıda şirkətə basqın olub.

“Yeni Gundem” Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən “HN-Construction” şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq, əmlakı zədələyiblər.

Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədiblər. Bu barədə polisə məlumat verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.