“Bakıda stadion tam dolacaq” – TFF prezidentibackend

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir milli komandanın matçlarını Bakıda keçirəcəyindən danışıb.

“Yeni Gundem” xəbər verir ki, federasiya rəsmisi Bakı Olimpiya Stadionunun Türkiyə yığmasının matçlarında tam dolacağına inandığını bildirib. 

O, matçların Azərbaycanda keçirilməsinin qrupdan çıxmaq üçün üstünlük olacağını bildirib: “2 oyunumuzu Bakıda keçirəcəyik və bu bizim üçün böyük üstünlükdür: iki dövlət, bir millət. Bakıda stadion tam dolu olacaq. Azarkeş üstünlüyümüzdən yararlanıb qrupdan çıxa bilərik. Bakı bizim böyük uğurumuza şahidlik edə bilər. Bizi dəstəkləyəcək hər kəs indidən bilet ala bilər”.