Bakıda supermarketin xanım müdirini ölümlə hədələdilərbackend

Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən supermarketlərdən birinin müdiri ölümlə hədələnməsi ilə bağlı polisə müraciət edib.

“Yeni Gündəm”in əldə etdiyi məlumata görə, Dadaş Bünyadzadə küçəsində yerləşən “Rahat” supermarketin rəhbəri, 1983-cü il təvəllüdlü Y.A. işlədiyi yerə gələn şəxsin onu hədələdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, marketə gəlmiş 1977-ci il təvəllüdlü R.Əlizadə onu təhqir edib və öldürəcəyini deyib.

Marketlər şəbəkəsinin məsul əməkdaşının 102-yə müraciətindən sonra o, ərazi üzrə 29-cu Polis Şöbəsinə dəvət edilib.

Müraciətlə bağlı araşdırmalar aparılır.Qafqazinfo