Bakıda taksi sürücüsü müştərini döyərək qarət etdibackend
Bakıda taksidə müştəri qarət edilib.
“Yeni Gündəm” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R. Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayaıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.