Bakıda tapılan 33 yaşlı qadın evdən qaçmasının səbəbini açıqladı – Videobackend

Şəmkirdə itkin düşən 33 yaşlı qadın Bakıda tapılıb.

Məlumatına görə, Biləcəri qəsəbəsində kafelərdən birində ofisiant işləyən Asimə Məmmədova “Real TV”yə danışıb.

O bildirib ki, özü və uşaqları həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qalsa da, valideynləri onun boşanmasına razı olmayıblar. Asimə Məmmədova həyat yoldaşı Azər Nağıyevi içki düşkünü olmaqda və övladlarına baxmamaqda günahlandırıb.