Koronavirusun onlayn statistikası

Bakıda “təcili yardım” BÖHRANI – 103 cavab vermir, xəstələr ölümə məhkumdur…backend
3 gündür medicina.az saytına onlayn olaraq koronavirus və digər xəstələr yazaraq və zəng edərək təcili yardim gəlməsinə kömək etməyimizi, təcili yardıma zəng etməyimizi xahiş edirlər.
Təcili yardım xidmətində vəziyyət xaos həddinə çatıb. Bu gün artıq bir daha bunun şahidi olduq.
Medicina.az xəbər verir ki, bu gün səhərdən 103 və 113 xidmətinə düşə bilməyən vətəndaşlar saytımıza yazır. Özəl klinikalara müraciət etsələr də, onların təcili tibbi yardım maşınları da xəstənin korona olub olmamasından ehtiyat edərək çağırışa gəlmirlər. Yalnız azyaşlı uşaqlar, infarkt, insult, kəskin qarın ağrı tutmaları olan xəstələr üzrə çağırışı qəbul edirlər.
Bİzə yazan oxuculardan biri 35 yaşlı gəncin 2 sutkadır evdə halsız vəziyyətdə qaldığını, sahə həkiminin isə “mən bilmirəm, qızdırması yoxdur, korona ola bilməz” deyərək məsələni boynundan atdığını deyir
Mehdiabaddan olan bir ailə isə günortadan axşama kimi təcili yardimı yığsa da düşə bilmir və evdəki xəstə korona xəstəsi deyil.
İnsanlar ölümə tərk edildiklərini deyib.
Təcili tibbi yardım digər xəstələrlə korona xəstələri arasında normal bölüşdürülməyib.
Korona xəstələrinin çağırışı üzrə digər əlavə briqadaların yaradılmasına, hər stansiyada 2 briqadanın isə digər xəstələr üçün ayrılmasına ehtiyac var.
Xırdalan təcili yardımın fəaliyyəti isə həddən artıq yarıtmazdır.
Bir neçə stansiyaya zəng etdikdə, dispetçerlər maşın çatışmazlığını qeyd edir. Maşınların yarısının ön cəbhəyə yönəldiyldiyi və yaralı əsgər daşınması üçün ayrıldığı da bildirilir.
Düşünürük ki, artıq ölkədəki ciddi məsələ nəzərə alınıb, özəl klinikaların həyətində bekar dayanan təcili tibbi yardım maşınları korona ilə mübarizəyə cəlb olunmalıdır.

Reklam_ADS_sol

Reklam_ADS_sag