Bakıda termal kameralar quraşdırıla bilər – Hərarəti ölçə bilirbackend

Bakının bir sıra ictimai məkanlarında və dövlət qurumlarında pandemiya ilə əlaqədar olaraq termal kameraların tətbiqi tələb olaraq irəli sürülüb.

Bunun “B2B Group” şirkətinin baş kommersiya direktoru Samir Poladov deyib.

Onun sözlərinə görə, bir sıra ölkədə olduğu kimi, bu texnoloji yeniliyin Azərbaycanda da tətbiqi istisna edilmir: “Termal kameralar kütləvi şəkildə daxil olanların hərarətini ölçə bilir. Həmçinin daxil olan şəxsin üzündə maska taxılı olub-olmadığını da müəyyən edir və bundan asılı olaraq girişə icazə verib-verməmək kimi xüsusiyyətləri var. Hazırda bu sistem Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyində tətbiq olunub”.

APA