Bakıda təyyarə və vertolyotların uçuşları keçirilirbackend

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində təyyarə və vertolyotların sınaq uçuşları keçirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, sınaq uçuşları Dənizkənarı bulvar ərazisində həyata keçirilir.

Uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək.

Qeyd edək ki, 26 – 29 may tarixlərində Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.