Bakıda ticarət mərkəzindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.