Bakıda tikinti şirkəti qanunsuz parklanma yeri təşkil etdibackend

Bakının Nizami rayonunun Tofiq Abbasov küçəsində “Orbita” Mənzil-Tiknti Kooperativi piyada səkisini zəbt edərək qanunsuz parklanma yeri təşkil edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb. Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.