Bakıda toy korteji qəzaya uğrayıb, yaralılar var – FOTObackend

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

“Yeni Gündəm”-in xəbərinə görə, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Toy kortejində yüksək sürətlə hərəkətdə olan “Khazar” markalı avtomobil həmin kortejdə gedən “Ford”a çırpılıb.

Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.