Bakıda toy kortejində avtoxuliqanlıq edən sürücülər həbs edildibackend

Bakıda toy kortejində avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, iyunun 7-də saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortejində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri – İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.