Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdübackend

Bakıda Türkiyə səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Hadisə Nərimanov rayonu, Albert Aqarunov küçəsində qeydə alınıb.

Türkiyə səfirliyinə məxsus “KİA” markalı, 001-D-030 dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxan “Honda İnsight” markalı taksini vurub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Əraziyə polis əməkdaşları gəlib.

Qafqazinfo