Bakıda xəstəxanda qadın özünü üçüncü mərtəbədən atdıbackend

Bakıda xəstəxanda müalicə alan qadın intihara cəhd edib.

“Yeni Gündəm”-in xəbərinə görə, hadisə Xətai rayon arazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Ü.Mahmudova özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsinin balkonundan atıb. Qadının vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.Report