Bakıda yanğın başladıbackend

Bakıda sexdə yanğın başlayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığında yerləşən sexdə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.