Bakıda yarımtikilidə yanğın söndürüldübackend

Bakıda yarımtikilidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Abbas Səhhət küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.

FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.