Bakıda yaşayış binasında yanğınbackend

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyləri nəticəsində qısa müddətdə söndürülüb.