Bakıda yaşayış binasında YANĞINbackend

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub.

“Yeni Gündəm” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə, dəhlizinin lambirindən ibarət tavanı 20 m² sahədə və dam örtüyü 2 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.