Bakıda yeniyetmə anasını küçədə qətlə yetirdibackend

Bakıda oğul anasını qətlə yetirib.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının qarşısında baş verib.

Stansiyanın qarşısında oğul anasını bıçaqlayaraq qətlə yetirib.

O qətli törədəndən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən faktı Trend-ə təsdiqləyiblər.