Bakıda yeniyetmə qız özünü binanın 14-cü mərtəbəsindən atdı – ŞOK MƏKTUB ÜZƏ ÇIXDIbackend

Dekabrın 1-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində özünü yaşadığı çoxmərtəbəli binadan atan 13 yaşlı qız vəfat edib.

Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində yerləşən binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edən Abdullazadə Z. A. qızının ehtiyatsızlıq nəticəsində yerə yıxıldığı bildirilsə də, sonradan onun həyatına qəsd etdiyi məlum olub.
Bildirilib ki, orta məktəbin 7-ci sinif şagirdi olan Z.A özünü öldürməzdən əvvəl məktub yazıb. O, evdə qoyduğu kağızda “Kim istəyirsə arxamca gəlsin” sözlərini yazıb.

Həmçinin məlum olub ki, yeniyetmə qız intihar etməmişdən əvvəl bəzənib və məclis paltarı geyinib. Onda ağır psixoloji travmanın yarandığı və bu səbəbdən məlum addımı atdığı qeyd edilir.
Publika.az