Bakıda yol polisi təhlükəli manevrlər etdi, BDYP rəsmisi “Qanunsuz hərəkət yoxdur” dedi – VİDEObackend

Bakıda yol polisinin xidməti avtomobillə təhlükəli manevrlər etməsi iddia olunan görüntülərə aydınlıq gətirilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli modern.az-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb. A.Əsgərli görüntülərin köhnə olması ilə yanaşı, “təhlükəli manevrlər”lə bağlı iddiaların həqiqəti əks etdirmədiyini  diqqətə çatdırıb:

“Qeyd edim ki, operativ nəqliyat vasitələrinin hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsilə tənzimlənr. Digər tərəfdən, bu görüntülər köhnə görüntülərdir və reytinq xatirinə ortaya atılıb. Ən əsası isə polis avtomobilin sayrışan işıqlarını yandıraraq hərəkət edir. Bu Nizami rayonu Dövlət Polisi Şöbəsinə məxsus maşındır və qanunun icazə verdiyi şəkildə hərəkət edir. Bu görüntülərdə polis tərəfindən heç bir qanunsuz hərəkət yoxdur”.

DYP rəsmisi polisin adından istifadə edərək, reytinq xatirinə bu kimi yazıların yazılmasına qarşı çıxıb.