Bakıda yolun hərəkət hissəsinə qoyulmuş masa götürülübbackend

Sosial şəbəkərlərdə Bakının Səbail rayonunun Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, agentliyin ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb.