Bakıda yük maşınları toqquşub, ölən varbackend

Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.