Bakıdakı “Mojo” gecə klubuna qızlar arasında davabackend

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Mojo” gecə klubunda qızlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib.,

Qaynarinfo-nun məlumatına görə, Aydan Şirinova 2022-ci ilin 31 oktyabrında, gecə saat 04:16 radələrində “Mojo” gecə klubuna daxil olan zaman Fidan adlı qız onun üzərinə hücum edərək, saçından tutub və masaya çırparaq yerə yıxıb, ardınca isə dizi ilə onun sifət nahiyyəsinə zərbə vurub. Klubdakı digər şəxslərin müdaxiləsindən sonra onları ayırmaq mümkün olub.

Fidan ifadəsində Aydanı döyməsinə səbəb kimi onun Elşad adlı sevgilisi ilə münasibətdə olmasını göstərib.

Zərərçəkmiş Aydan Şirinova isə izahatında bildirib ki, ekspeditor vəzifəsində çalışır, axşamlar isə “Sheikh” klubda müştərini cəlb edən şəxs qismində işləyir. 25 iyul 2021-ci il tarixdən Elşadla sevgili olub. 2022-ci ilin may ayında Elşadın ona təqsirləndirilən şəxs Fidan ilə xəyanət etdiyini öyrənib və həmin vaxtdan da onu tanıyıb. Elşad ona xəyanət etdiyi üçün ayrılıb və Fidanla ədavətli olub. Fidanla mütəmadi olaraq mobil telefonla əlaqə saxlayıb, bir-birilərini nalayiq ifadələrlə təhqir ediblər. 31 oktyabr 2022-ci il tarixdə, saat 4 radələrində dostu Vahidlə birgə “Mojo” gecə klubuna gedib, içəriyə daxil olduqda Fidanın orada olduğunu görüb. Fidan onu görən kimi “sənə demişəm bu kluba gəlmə, niyə gəlirsən?” deyərək üzərinə yeriyib və saçından tutaraq onu döyüb.

Məhkəmənin qərarı ilə Fidan Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1200 manat miqdarında cərimə edilib.