Bakıdan dönən kimi Putin zəng etdi, görün Lukaşenkoya nə dedibackend

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə telefon danışığında ABŞ xüsusi xidmət orqanları tərəfindən həyatıma sui-qəsd cəhdi ilə bağlı məsələni gündəmə gətirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko danışıb.

Lukaşenko bildirib ki, Azərbaycandan qayıtdıqdan dərhal sonra Putin ona zəng edib və bu söhbətin nəticələrindən danışıb. Belarus lideri öz növbəsində Putinə təşəkkürünü bildirib.

Ötən gün A.Lukaşenko özünə və övladlarına qarşı sui-qəsd planı hazırlandığını, lakin FTX tərəfindən qiyamçıların saxlanıldığını bəyan edib.axar.az