Bakıdan göndərilən 40 ton un yüklü avtomobillər Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postuna çatıb, danışıqlar aparılıbbackend

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidəki erməniəsilli şəxslərə 40 ton humanitar yardım aparılması ilə bağlı Azərbayanın ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məlumat veriblər.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məram və məqsədləri barədə Azərbayan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandirinə məlumat veriblər: “Onlar da öz rəhbərliklərinə məruzə etdilər. Onlar rəhbərliklərinin verdiyi qərarı bizimlə bölüşmək üçün vaxt istədilər”./Report