Bakıdan rayonlara gediş-gəliş bu tarixdə AÇILA BİLƏR – DEPUTAT AÇIQLADIbackend

Məlumdur ki, Azərbaycanda 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi, yəni “SMS-icazə” sistemi tətbiq edilir. Həmçinin, Nazirlər Kabinetinin qərarına görə, ölkə üzrə xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək qüvvədədir.

“Yeni Gündəm” sonxeber.az-a istinadən xəbər verir ki, rayonlara gediş-gəlişin nə zaman bərpa ediləcəyi ən çox verilən suallardandır.

Bununla bağlı danışan deputat Müşfiq Məmmədli danışıb:

“Karantin tədbirlərindən alınan müsbət dinamikadan sonra əlbəttə ki, müəyyən yumşaldılmalara gediləcək. Yəni karantin tədbirlərinin tətbiqi də elə bundan ibarətdir ki, yoluxmanın intensivliyi aşağı düşşün. Biz karantin tədbirləri ilə xəstəliyin kökünü kəsə bilmirik. Xəstəlik davam edir, amma sürəti azalır. Yəni insanların koronavirusa yoluxma sayında azalma müşahidə edilir.

Vaksiyasiyanın yanvar ayının ortalarından etibarən başlanlması planlaşdırılır. Bu məsələ də vaksinasiyadan sonrakı bir ay müddətində analiz olunduqdan sonra müzakirə edilə, Azərbaycanda bu sahədə müəyyən yumşaldılma addımları atıla bilər. Bakıdan rayonlara gediş-gəliş həmin müddətdən sonra açıla bilər. Əsas məsələ ondan ibarətdir ki, yumşaldılma mərhələli şəkildə həyata keçirilsin. Çünki əks halda bu, yoluxma rəqəmlərinin artımına gətirib çıxarar.